Hava nəqliyyatı

Bu nəqliyyat yolu Varşava və Montreal Konvensiyasına əsasən həyata keçirilir. 12 oktyabr 1929-cu ildə beynəlxalq hava nəqliyyatı ilə əlaqəli bəzi qaydaları birləşdirmək üçün təsdiq edilmiş konvensiyanın qanunlarına Varşava Konvensiyası deyilir.
Varşava Konvensiyasının yazılması və təsdiqlənməsi 1929-cu ildəki iqtisadi böhranla eyni vaxtdadır. Sərnişinlər və yüklər də daxil olmaqla ticarət aviasiya sənayesi Avropada həmən ərəfədə yalnız bir neçə il əvvəl təqdim edilmişdi. Yeni təyyarələr gücü o qədər az idi ki, ağır yükləri götürə bilmirdilər.Buna görə də, yüklər əsasən poçt göndərişlərindən ibarət idi. Varşava Konvensiyasında yük və sərnişinlərin birlikdə uçuşu nəzərdə tutulurdu. Sərnişin və yükün ayrılması hələ erkən hesab olunurdu.
Birincisi, bu konvensiya keçmiş beynəlxalq nəqliyyat qaydalarının (Haaqa Qaydaları) əsas quruluşu ilə uyğundur və CMR və CIM konvensiyaları kimi gələcək beynəlxalq qaydaların bu qaydalardan ilham alındıqdan bir neçə il sonra tərtib edildiyi görünən bir şəkildə prinsiplərinə görə ondan daha mütərəqqi idi. İkincisi, bu qaydaların yazılması o qədər futuristik və hərtərəfli idi ki, Montrealın yetmiş il sonra 1999-cu ildə təsdiqlənəcəyi gələcək qaydaları belə Varşava Konvensiyası əsasında onu əvəz edə, köçürə və yaxud dəyişə bilməzdi. Beləliklə, Varşava qaydalarının prinsipləri ardıcıl olaraq qaldı; Varşava ilə müqayisədə dəyişikliklər 1955-ci ildə Haaqa, 1961-ci ildə Meksikada Guadalajara, 1971-ci ildə Guatemala City və 1975-ci ildə Montreal dördlü protokollarında edilmişdi. Əslində 1999 Montreal Konvensiyası Varşava prinsipinə uyğunlaşaraq dördlüyü birləşdirdi və içində dəyişikliklər və inteqrasiya edilmiş bir sıra qaydalar təqdim etdi.
Hava nəqliyyatı qaydaları xaricində bu metod, xərclər yüksək olmasına baxmayaraq son nöqtəyə sürətli bir şəkildə daşınması tələb olunan elektron hissələr, tez xarab olan mallar və s. kimi yüklərin daşınmasında istifadə olunur.
Şirkətimiz yüklərinizi hava nəqliyyatı ilə daşımağınız üçün bələdçinizdir.
BUY NOW